• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

İƏT Bakı Mərkəzi Kazanda gənc iş adamlarının forumunu keçirib (FOTO)

26 Aprel 2019 14:26 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

21-25 aprel tarixlərində Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu Bakı Mərkəzi) və Tatarıstan hökumətinin birgə təşkilatçılığı ilə İƏT gənc iş adamlarının 5-ci forumu keçirilib.

İƏT-dən Trend-ə verilən məlumata görə, forum 11-ci “Rusiya-İslam Dünyası” Biznes Forumunun rəsmi tədbiri kimi baş təşkil olunub.

Forumun sonuncu günündə tədbirin təntənəli bağlanış mərasimində Tatarıstan prezidenti Rüstəm Minnixanovun, Malayziyanın sahibkarlıq naziri Mohd Redzuan Yusufun və İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) sədri Taha Ayhanın iştirak etdiyi mərasimdə müsəlman ölkələrindən qalib startap müəlliflərinin seçimi baş tutub.

Mərasimdə forumun həmtəşkilatçısı qismində çıxış edən İƏT Gənclər Forumu ARM-nin baş direktoru Elməddin Mehdiyev forumun yüksək səviyyədə keçirildiyinə görə Tatarıstan Prezidenti və hökumətinə dərin təşəkkürünü bildirib, eləcə də 5-ci dəfə keçirilən foruma bu günədək 9 mindən artıq startap layihəsinin təqdim olunduğunu, onlardan 600-dan yuxarı startapçıya təlimlər verildiyini, bu layihələr çərçivəsində investisiya proqramlarında 200-dən çox startap komandasının və 500-ə yaxın gənc iş adamının iştirak etdiyini qeyd edib.

Qeyd etmək lazımdır ki, bu tədbirdə İƏT üzv ölkələrindən olan 500-ə yaxın gənc iş adamının müraciətləri əsasında seçilmiş 25 ölkəni təmsil edən 50-dən çox iştirakçı və 35 startap komandası 5 gün ərzində keçirilən təlimlərdə iştirak ediblər.

Tədbir çərçivəsində İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Britanıya Birliyi (Commowealth) Gəncliyi Şurası və Tatarıstanın aparıcı gənclər hərəkatı olan “Sələt” arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Tədbirlər çərçivəsində, həmçinin İƏT Gənclər Forumu ARM-nin baş direktoru Elməddin Mehdiyev və Tatarıstanın gənclər naziri Dəmir Fəttahovla keçirilən görüşdə gələcək əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Görüşdə, həmçinin Tatarıstan Gənclər Nazirinin müavini Timur Suleymanov və İƏT Gənclər Forumu ARM İdarə Heyətinin üzvü, Tatarstanın “Sələt” Gənclər Hərəkatının sədri Aygül Qabdrəhmanova iştirak ediblər.

Qeyd etmək lazımdır ki, İƏT Gənc İş Adamları Şəbəkəsi 2011-ci ildə İƏT Gənclər Forumunun təşəbbüsü ilə Bakı şəhərində təsis edilib. Qurumun əsas məqsədi İƏT ərazisində gənc iş adamlarının fəaliyyətinə dəstək göstərmək, onların geniş və əməli koordinasiyanı həyata keçirməkdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • İƏT Bakı Mərkəzi Kazanda gənc iş adamlarının forumunu keçirib (FOTO)
  • İƏT Bakı Mərkəzi Kazanda gənc iş adamlarının forumunu keçirib (FOTO)
  • İƏT Bakı Mərkəzi Kazanda gənc iş adamlarının forumunu keçirib (FOTO)
  • İƏT Bakı Mərkəzi Kazanda gənc iş adamlarının forumunu keçirib (FOTO)
  • İƏT Bakı Mərkəzi Kazanda gənc iş adamlarının forumunu keçirib (FOTO)
  • İƏT Bakı Mərkəzi Kazanda gənc iş adamlarının forumunu keçirib (FOTO)
  • İƏT Bakı Mərkəzi Kazanda gənc iş adamlarının forumunu keçirib (FOTO)
  • İƏT Bakı Mərkəzi Kazanda gənc iş adamlarının forumunu keçirib (FOTO)
  • Məqalədə:
  • İƏT Gənclər Forumu
Digər xəbərlər
Moskvada Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlığa həsr olunan konfrans keçirilir (FOTO)
Siyasət 24 Oktyabr 15:41
İƏT Gənclər Forumu ARM, Gənclər Nazirlərinin beynəlxalq konfransı çərçivəsində xüsusi sessiya keçirib (FOTO)
Siyasət 24 İyun 15:50
Bakıda diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş İƏT Xarici İşlər Nazirləri Şurasının simulyasiyası keçirilib (FOTO)
Siyasət 19 İyun 13:38
"İƏT Modeli - 2019 Beynəlxalq Münasibətlər Akademiyası"na start verildi (FOTO)
Cəmiyyət 10 Aprel 13:41
Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmə modeli keçiriləcək
Dağlıq Qarabağ Münaqişəsi 26 Fevral 16:07
İƏT ölkələrinin Gənclərlə iş üzrə İlk Fəaliyyət Planı qəbul edilib (FOTO)
Siyasət 13 Fevral 17:19
Xəbər lenti
UNEC tələbələrinin sərgisi “İçərişəhər” stansiyasında
Gündəm 19:41
3-cü mikrorayon bazarında baş verən yanğın söndürülüb (YENİLƏNİB-2) (VİDEO)
Hadisə 18:59
Yanğın baş verən ərazidə elektrikin verilişi dayandırılıb
Energetika 18:34
“Beynəlxalq ordu oyunları - 2020” gələn il avqustda başlayacaq (FOTO)
Siyasət 17:50
Fermerlərə aqrar kredit üçün müraciət imkanı yaradılacaq
İqtisadiyyat 17:39
Cəlilabadda həmyerlisinin şantajla 50 min manat pulunu və avtomobilini alan şəxs saxlanılıb (FOTO)
Hadisə 17:30
Masallıda payız ağacəkmə kampaniyası keçirilib (FOTO)
Cəmiyyət 17:24
Mixail Zabelin Azərbaycan Rus İcmasının sədri seçilib
Siyasət 17:19
"Taliban" hərbçilərə hücum etdi - 25 ölü
Dünya xəbərləri 17:06
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

Radikallar absurd bəyanatlar səsləndirməklə ölkədə gedən müsbət proseslərə kölgə salmağa çalışırlar - Deputat

ABŞ-ın əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi - Politoloq
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri