...

BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub (FOTO)

Cəmiyyət Materials 1 İyul 2019 18:24 (UTC +04:00)
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Yekun Attestasiya Komissiyasının növbəti iclası və bakalavriat pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.
BDU rektoru Filologiya fakültəsində buraxılış işlərinin müdafiəsində olub (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Yekun Attestasiya Komissiyasının növbəti iclası və bakalavriat pilləsi üzrə buraxılış işlərinin müdafiəsi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, müdafiə prosesində iştirak edən rektor Elçin Babayev tələbələrin müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyib, mövzuları ilə bağlı tövsiyələr verib.

Qeyd edək ki, Filologiya fakültəsinin Səməd Vurğun adına auditoriyasında təşkil olunmuş müdafiədə Yekun Dövlət Attestasiya Komissiyasının üzvləri, fakültənin professor-müəllim heyətinin bir qismi və tələbələr iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti