...

Dillər Universitetində Mao Tszedunun nəzəri irsi müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2019 09:37 (UTC +04:00)
Dillər Universitetində Mao Tszedunun nəzəri irsi müzakirə edilib
Dillər Universitetində Mao Tszedunun nəzəri irsi müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dövlətinin yaradıcısı Mao Tszedunun anadan olmasının 126-cı ildönümünə həsr olunmuş "Çində ictimai-siyasi fikir" elmi-tələbə seminarı keçirilib.

Trend-in məlumatına görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Mao Tszedunun inqilabi dövrünün dövlət quruculuğu və iqtisadi islahatlar üçün möhkəm əsas yaratmağa imkan verdiyini deyərək, ÇXR-in uğurlu uzunmüddətli inkişafı üçün Mao Tszedunun balanslaşdırılmış iqtisadi artım və sosial bərabərlik ideyalarının aktual olduğunu vurğulayıb. Seminarda çıxış edən ADU-nun tələbələri Mao Tszedunun fəlsəfi və sosial-siyasi baxışları, Çinin ənənəvi siyasi təlimlərinin Mao Tszedunun nəzəri əsərlərinə təsiri və onun "üç dünya" konsepsiyasının tarixi mənbələrindən danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti