...

Suriya və Livandan Qarabağa köçürülən ermənilər silahlı muzdlular kimi də istifadə edilirlər – AzTV-də MÜZAKİRƏ

Cəmiyyət Materials 12 Sentyabr 2020 22:21 (UTC +04:00)
Suriya və Livandan Qarabağa köçürülən ermənilər silahlı muzdlular kimi də istifadə edilirlər – AzTV-də MÜZAKİRƏ

Bakı. Trend:

Ermənistan işğalda saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Suriya və Livandan erməniləri gətirərək qanunsuz şəkildə orada məskunlaşdırmaqdadır. Bununla Azərbaycanın beynəlxalq hüquqda tanınan ərazi bütövlüyünü pozan Ermənistan bütün hüquq və konvensiyaları tapdaq altına atır. Rəsmi Yerevan bu addımı ilə sülhdə maraqlı olmadığını, regionda münaqişənin alovlanmasına çalışdığını bir daha ortaya qoymaqdadır.

Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik informasiya proqramında sözügedən məsələ müzakirəyə çıxarılıb. Proqramın qonağı olan Milli Məclisin deputatları Anar İsgəndərov və Ramil Həsən, politoloq Zaur Məmmədov Ermənistanın işğalçılıq, qeyri-qanuni məskunlaşdırma siyasətinin yaradacağı fəsadlar haqqında fikirlərini bildiriblər. Verilişə videobağlantı vasitəsilə qoşulan Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan və Rusiyadan olan politoloq Sergey Markov mövzu ətrafında mülahizələrini səsləndiriblər.

Qeyd olunub ki, Ermənistanın işğal olunmuş ərazilərimizdə apardıqları qeyri-qanuni məskunlaşdırma Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır ki, bunu Azərbaycan müstəqil dövlət olaraq dünya birliyinə bəyan edir. Vurğulanıb ki, Dağlıq Qarabağda məskunlaşdırılan əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürist siyasətinin qurbanına çevrilir. Ermənistan həmçinin Suriya və Livandan köçürülən insanları silahlı muzdlular kimi də istifadə edir. Həmçinin işğalçı ölkə Azərbaycan ərazilərində bu vasitə ilə demoqrafik vəziyyəti dəyişməyə çalışır. Proqramın qonaqları Ermənistanın işğalçılıq siyasəti, onun mahiyyəti və gətirib çıxaracağı nəticələr barədə ətraflı fikirlərini bildiriblər.

“Hədəf” verilişini tam şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=_DPuGsO0IU0

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti