...

Dünya Ermənistanın Azərbaycan torpaqlarını necə viran qoyduğuna şahiddir - Deputat

Cəmiyyət Materials 19 Noyabr 2020 13:26
Dünya Ermənistanın Azərbaycan torpaqlarını necə viran qoyduğuna şahiddir - Deputat

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün dünya şahiddir ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını necə viran qoymaqla məşğuldur.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə ermənilərin Ağdam və Kəlbəcərdə infrastruktura ziyan vuraraq, evləri və sosial obyektləri yandıraraq çıxmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən Azərbaycan torpaqlarını təhvil verməli olan ermənilər özlərindən sonra dağıdılmış, buradan vəhşi bir dəstənin keçdiyini xatırladan bir mənzərə qoyub gedirlər.

Deputat əlavə edib ki, böyük Ermənistan xülyası Yerevana qonşularla mehriban qonşuluq siyasəti qurmağa mane olub. Ermənilər işğal dövründə tutduqları Azərbaycan ərazilərində nəinki hər hansı quruculuq işləri aparmadılar, hətta yaşayış binalarını, qəbir daşlarının mərmərlərini sökərək satdılar, ekologiyaya ziyan vurdular, meşələri qırdılar, təbii sərvətləri barbarcasına istismar etdilər.

A.Mirzəzadə qeyd edib ki, ermənilərin bu hərəkətləri heç də cəzasız qalmayacaq. Onların bu vandallıqlarına beynəlxalq ekspertlər qiymət verəcəklər.

Deputat əlavə edib ki, bütün bunların hamısı sənədləşdiriləcək və Azərbaycan Ermənistandan bu məsələyə görə ciddi və əsaslandırılmış təzminat tələb edəcək. Ermənistan törətdiyi əməllərin cəzasını verməli olduğunu bilməlidir:

"Azərbaycan öz torpaqlarını yenidən quracaq, sosial infrastruktur yaradacaq, insanlar üçün yüksək həyat tərzi yaradacaq. Ermənistanla Azərbaycanın müasirliyə, dəyişikliyə yanaşmasındakı fərq budur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti