...

"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına start verilib

Cəmiyyət Materials 23 Noyabr 2020 16:46 (UTC +04:00)
"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına start verilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 23 noyabr - 20 dekabr tarixlərini əhatə edən “Zəfər tariximiz” adlı onlayn respublika intellektual yarışmasına start verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, intellektual yarışmanın keçirilməsində məqsəd gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, işğaldan azad olunmuş torpaqlarımızın tarixi abidələrini təbliğ etmək, uşaq və gənclərin intellektual qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil edilən yarışma Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında 3 mərhələ və 11-13 yaş üzrə keçirilir.

Yarışmanın I mərhələsi 23 noyabr-1 dekabr tarixlərində olacaq. Bu mərhələdə qeydiyyat aparılacaq.

II mərhələdə (1-15 dekabr) 3 nəfər olmaqla komandalara bölünən iştirakçıların təyin olunmuş vaxtlarda ZOOM proqramı vasitəsilə yarışı keçiriləcək. III mərhələdə (15-20 dekabr) intellektual yarışmanın qalibləri münsiflər heyəti tərəfindən seçiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti