...

FHN qarlı hava ilə bağlı əhaliyə müraciət edib

Cəmiyyət Materials 24 Fevral 2021 11:54 (UTC +04:00)
FHN qarlı hava ilə bağlı əhaliyə müraciət edib

Bakı. Samir Əli - Trend:

Dünən axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hava şəraiti ilə əlaqədar olaraq köməksiz vəziyyətdə qalma halı ilə bağlı nazirliyin 112 qaynar telefon xəttinə vətəndaşlar tərəfindən müxtəlif zənglər daxil olub və FHN-in xilasetmə qüvvələri tərəfindən müvafiq xilasetmə əməliyyatları həyata keçirilib.

Bir daha vətəndaşlarımızı piyada və sükan arxasında olarkən ehtiyatlı olmağa, hava şəraiti ilə əlaqədar olaraq təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırırıq.

Yolların buz bağlaması

Yolların buz bağlaması – torpağın üstündə, yollarda, səkilərdə ərimiş qarın, yağmış yağış sularının, şehin donması ilə əmələ gələn buz qatıdır. Yolların buz bağlaması, adətən, şaxtalı havada müşahidə edilir. Donmuş buz qatının qalınlığı bir neçə santimetrə çata bilər.

Yolların buz bağlaması zamanı necə hərəkət etməli:

hava proqnozunda yolların buz bağlayacağı haqqında məlumatı izləyin;
ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;
ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;
yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;
sürüşsəniz zərbənin gücünü azaltmaq ücün oturun;
yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;
sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti