...

Dövlət İmtahan Mərkəzi və ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarına həsr olunmuş növbəti görüş keçirilib

Cəmiyyət Materials 22 Dekabr 2021 14:37 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi və ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarına həsr olunmuş növbəti görüş keçirilib

Bakı. Fərid Zöhrabov - Trend:

2021-ci il 22 dekabr tarixində Azərbaycan Respublikasının bir sıra ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə DİM və ali təhsil müəssisələri arasında əməkdaşlığa həsr olunmuş növbəti görüş keçirilib.

Trend xəbər verir ki, qonaqlar görüşdən əvvəl DİM-də yaradılan ölkəmizin milli qiymətləndirmə üzrə tarixini əks etdirən muzeylə tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və inkişaf tarixi barədə məlumat verilib. Həmçinin DİM-də hazırlanıb quraşdırılmış və qəbul imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi nümayiş etdirilib.

Daha sonra iştirakçılarla görüş başlayıb. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və DİM-in struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri M.Abbaszadə ölkəmizdə təhsildə qiymətləndirmə sisteminin daha da inkişafına nail olmaq üçün çoxtərəfli müzakirələrin böyük əhəmiyyət kəsb etdiyini və təhsilalanlar üçün keyfiyyətli təhsil mühitinin yaradılmasında ali təhsil müəssisələrinin aparıcı rolunu qeyd edib. M.Abbaszadə bildirib ki, “28 ildir ki, Azərbaycanda keçirilən qəbul imtahanlarının nəticələri təhlil edilir və iştirakçıların göstəriciləri daimi olaraq izlənilir. Biz ümumi tendensiyanı görə bilirik. Hazırda Dövlət İmtahan Mərkəzinin məlumat bazasında imtahan nəticələri, inkişafın ümumi dinamikası, aparılan çoxsaylı statistik təhlillərlə bağlı elmi materiallar formalaşıb və ali təhsil müəssisələri öz qəbul strategiyalarının müəyyən edilməsində, təlim-tədris prosesinin qurulmasında, əmək bazarının təhlilində bu məlumatlardan istifadə edə bilərlər”. M.Abbaszadə, həmçinin “Yeniliklərin yayılması nəzəriyyəsi”, təhsil sistemində innovasiyaların paylanılmasında insanların rolu, istedadın təbiəti haqqında təqdimatla çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti