...

Bu yollar buz bağlayıb (SİYAHI)

Cəmiyyət Materials 23 Dekabr 2021 11:01 (UTC +04:00)
Bu yollar buz bağlayıb (SİYAHI)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində magistral yollardakı vəziyyət barədə məlumat yayıb.

Qurumdan Trend-ə verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi yolunun Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. 3-4 dərəcə şaxta var. 22.12.21 tarixdə Xınalıq yolunda 10-12 sm qar yağmış, yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda qeyd olunan ərazidə külək var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi - Xızı yoluna qar yağır, 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Bakı - Qobustan yolunun Abşeron rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı yolunda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı - Ələt - Hacıqabul yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul - Ucar - Yevlax, Yevlax - Gəncə - Qazax - Gürcüstan ilə dövlət sərhədi yollarında yağıntı yoxdur, avtomobillərin hərəkəti tam təmin edilib.

Muğanlı - İsmayıllı yolunda yağıntı olmasa da, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunun İsmayıllı və Qəbələ rayonları ərazisində axşam saatlarında 6-8 sm qar yağmış, yolda qar yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki - Qax - Zaqatala - Gürcüstan ilə dövlət sərhəddi yolunda marşrut boyu yağıntı yoxdur, 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Yevlax - Şəki (Göybulaq) yolunda da yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən - Xoşbulaq avtomobil yolunda olmasa da, yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Şaxta 12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Şəmkir - Gədəbəy yolunda da yağıntı yoxdur, amma yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhəddi yolunda marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Masallı – Yardımlı yolunda səhər saatlarından Yardımlı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik yolunda səhər saatlarından Lerik rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hazırda Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti