...

Azərbaycanda bu il 2 milyon ağac əkilib

Cəmiyyət Materials 29 Dekabr 2021 12:10 (UTC +04:00)
Azərbaycanda bu il  2 milyon ağac əkilib

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il 2 milyon ağac əkib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, ağacların 1 milyonu "Yaşıl marafon" çərçivəsində əkilib.

"Bu il hədəfimiz 2 milyon ağac əkmək idi. Dünyanı cənginə alan pandemiya şəraitinin davam etməsinə baxmayaraq, biz bunun öhdəsindən gəldik.

Növbəti il nazirlik 3 milyon ağac əkməyi planlaşdırırır," - deyə nazir müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti