...

ADA Universitetində “Barış üçün tanı” beynəlxalq tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2022 10:28 (UTC +04:00)
ADA Universitetində “Barış üçün tanı” beynəlxalq tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Dünən İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) təşkilatçılığı, ADA Universiteti və ADAMUN Klubunun tərəfdaşlığı ilə ADA Universitetində Xocalı Faciəsinin 30-cu il dönümünə həsr olunmuş “Barış üçün tanı” (“Recognize to Reconcile”) mövzulu İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) simulasiyası keçirilmişdir.

Tədbirin qonaq spikerləri ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK üzvü Aydın Səfixanlı, Azərbaycan Respublikası Mərkəzi Bankının Aparıcı Hüquq Məsləhətçisi Fərahim Hüseynzadə, İƏGF ARM-nin Baş Direktor vəzifələrini icra edən Vüsal Qurbanov və ADAMUN Klubunun baş katibi Leyla Məmmədzadə açılış mərasimində iştirakçıları salamlayaraq, Xocalı faciəsinin beynəlxalq hüquq prinsipləri baxımından dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyi qeyd ediblər, eləcə də “Xocalıya Ədalət” beynəlxalq təşviqat kampaniyası haqqında məlumat veriblər.

Tədbir 3 sessiyadan ibarət olmaqla, xüsusi mövzuları əhatə edib: 1) Xocalı qətliamının beynəlxalq səviyyədə tanınmasında əsas maneələrin müəyyən olunması, 2) Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınmasının gücləndirilməsi 3) İƏT üzv ölkələrinin Xocalı faciəsinin yerli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınmasında fəaliyyətin gücləndirilməsi.

11 İƏT ölkəsindən (Nigeriya, Fələstin, Qana, Qambiya, Maldivlər, Əfqanıstan və s.) nümayəndənin iştirak etdiyi bu tədbirdə həmçinin tələbələr Al Jazeera, BBC və Arab News xəbər agentliklərinin media fəaliyyətini simulyasiya edərək, xüsusi reportajlar hazırlayıblar. Tədbirin sonunda iştirakçı xarici tələbələrin sosial şəbəkələr vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyana “Barışıq üçün Xocalını tanı” müraciətini ediblər.

Tədbirdə o cümlədən, ən yaxşı nümayəndə, ən yaxşı debatçı, ən yaxşı jurnalist və seçilmiş nümayəndələr xüsusi sertifikatlarla mükafatlandırılıb.

Tədbirin əsas məqsədi Xocalı faciəsinin həqiqətlərinin gənclər vasitəsilə dünya ictimaiyyətinə çatıdırılması, eləcə də bu faciənin beynəlxalq humanitar hüquq prizmasından araşdırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti