...

Hazırda ölkəmizdə epidemioloji vəziyyət stabildir

Cəmiyyət Materials 14 İyun 2022 15:17 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ölkəmizdə epidemioloji vəziyyət stabildir.

Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

Onun sözlərinə görə, ölkəmizdə son aylar koronavirusa yoluxanların sayında artım qeydə alınmır.

"Koronavirusa yoluxanların sayı getdikcə daha da azalacaq. Yay fəslində günəşin aktivliyinin olması koronavirusun yayılmasının qarşısını alan əsas amildir. Bu fəsildə yoluxma sayının artması gözlənilmir. Amma bu, o demək deyil ki, xəstəlik tam bitib. Az da olsa yoluxma halları qeydə alınır. Yoluxan şəxslər özünü təcrid etməli, həkim məsləhətinə uyğun olaraq müalicə olunmalıdırlar.

Yoluxma sayınının azalması insanlarda arxayınlıq yaradıb. Buna görə də peyvənd olunmaq istəyənlərin sayı azalıb. Vətəndaşlara tövsiyə edərdim ki, koronavirusdan qorunmağın ən effektiv üsulu vaksinasiyadır. Vaksin olunanlar vaksin olunmayanlara nisbətən az yoluxur və xəstəliyi yüngül keçirirlər", - M.Əliyev əlavə edib.

Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 792 884 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 094 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib, aktiv xəstə sayı 75 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti