Bakı. Trend
Daşkəsən rayonunda dağ uçqunu baş verib.
Hadisə rayonun bir neçə kəndinə gedən yolu bağlayıb.
Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, qurumun əməkdaşları hadisə yerinə cəlb olunub.
"Yolun açılması istiqamətində işlər gedir. Ətraflı məlumat veriləcək", - deyə bildirib.