...

Yağan yağışlar çaylarda sululuğun artmasına səbəb olub

Cəmiyyət Materials 7 Sentyabr 2022 11:39 (UTC +04:00)
Yağan yağışlar çaylarda sululuğun artmasına səbəb olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində respublikanın yerli çaylarında sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Trend-ə bildirib ki, ötən günlər müşahidə olunan azsulu dövrlə müqayisədə Böyük Qafqaz çaylarında 77 faiz, Kiçik Qafqaz çaylarında 70 faiz, Lənkəran-Astara bölgəsi çaylarında isə 200 faiz artım qeydə alınıb.

“Qonşu ölkələrdə yağan yağışlar nəticəsində tranzit çaylarda da sululuğun artımı müşahidə olunub. Belə ki, Kür-Qıraqkəsəmən məntəqəsində sululuq 39 faiz, Qanıx-Cəlayir məntəqəsində isə 21 faiz artıb”.

A. Verdiyev qeyd edib ki, sentyabrın 6-da və 7-də Zaqatala rayonu ərazisindən axan Talaçay-Zaqatala məntəqəsindən və sentyabrın 7-də Balakən rayonu ərazisindən axan Balakənçay-Balakən məntəqəsindən qısamüddətli sel keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti