Bakı. Trend:
2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.
MDU-dan Trend-ə bildirilib ki, imtahan dövründə tələbə və
magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək
suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı”
günləri həftədə bir dəfə hibrid formada təşkil olunacaq.
Görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların
valideynləri iştirak edə bilərlər.
İlk “Açıq qapı” günü 2023-cü ilin 11 yanvar tarixində keçiriləcəkdir.
Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.