Bakı. Trend:
22 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Trend xəbər verir ki, Naxçıvan “ASAN xidmət” mərkəzi ümumilikdə,
Respublika üzrə 26-cı mərkəzdir.
Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb. 2023-cü ilin may
ayında tikintisi başa çatdırılıb.
“ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7
ünvanında inşa edilib. Ümumilikdə, Naxçıvan Muxtar Respublikasında
qeydiyyatda olan 465 min vətəndaşın əhatəsində olan mərkəz ərazi
məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir.
Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və
müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata
keçiriləcək.
Əməkdaşların ümumi sayı 228 , könüllülərin sayı 45 nəfər nəzərdə
tutulur.
Mərkəzin daxilində vətəndaşların istirahəti üçün “ASAN kafe”
nəzərdə tutulub.
“ASAN xidmət” mərkəzinin ərazisində həmçinin 50 avtomobil üçün parklama yeri yaradılıb.
Xatırladaq ki, 18 may 2023-cü il tarixində Naxçıvan regional
“ASAN xidmət” mərkəzinin açılış mərasimi baş tutub.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyev iştirak ediblər.