...

Azərbaycan-Türkiyə birgə universitetin digər ali məktəblərdən fərqi nə olacaq? (VİDEO)

Cəmiyyət Materials 14 İyun 2023 16:12 (UTC +04:00)
Azərbaycan-Türkiyə birgə universitetin digər ali məktəblərdən fərqi nə olacaq? (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Təhsil eksperti Kamran Əsədov Trend-ə müsahibəsində Azərbaycan-Türkiyə Universitetinin yaradılması, bu universitetin təhsil vədləri, digər universitetlərdən fərqi və hansı yeniliklərin gözlənildiyi barəsində sualları cavablandırıb.

"Azərbaycan-Türkiyə birgə universitetin yaradılması ali təhsil müəssisələri sahəsində yeni rəqabət mühiti yaradacaq. Qardaş Türkiyə ilə birgə universitet açılması olduqca müsbət haldır. Yeni innovativ idarəetmənin tətbiq edildiyi, beynəlxalq standartlar çərçivəsində ali təhsil müəssisələrinə ehtiyac var. Türkiyənin universitetləri bu istiqamətdə kifayət qədər güclüdür. Bu universitet Azərbaycan ali təhsilində yeni bir nəfəs, rəqabət mühiti yaradacaq",- deyə o bildirib.

Təhsil eksperti Kamran Əsədovun mövzu ilə bağlı daha geniş açıqlamasını videodan izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti