...

Bakı-Ağstafa sürət qatarı bu stansiyada da dayanacaq

Cəmiyyət Materials 11 İyul 2023 13:35 (UTC +04:00)
Bakı-Ağstafa sürət qatarı bu stansiyada da dayanacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sonuna qədər Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Şəmkir rayonunun Dəllər stansiyasında dayanacaq veriləcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.

"Həmin istiqamətdə ən çox tələbat Dəllər stansiyasınadır. Bunu nəzərə alaraq orada da qatarların dayanması üçün şərait yaradılacaq. İlk dəfə Dəllərə sürətli qatarla sərnişindaşıma həyata keçiriləcək", - deyə o qeyd edib.

Xatırladaq ki, bu il martın 18-dən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutu Ağstafa stansiyasına qədər uzadılıb. Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gedişhaqqı standart yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün 16 manat, Bakı-Gəncə istiqaməti üçün isə 15 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti