...

Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 3 Noyabr 2023 16:59 (UTC +04:00)
Bu prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində inşa olunan yeni yerüstü piyada keçidinin yürüş zolağının quraşdırılması ilə əlaqədar olaraq 4 noyabr saat 01:00-dan 07:00-dək işlərin aparıldığı zolaq üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları və qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti