...

Vaqif Əsədovun yerinə TƏYİNAT (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2023 13:59 (UTC +04:00)
Vaqif Əsədovun yerinə TƏYİNAT (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub.

Trend-in məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi təyin edilib.

Polis kapitanı Toğrul Nəsirli Trend-ə yeni təyinatı ilə bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, adıçəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti