...

Qızılcaya yoluxma hallarının sayında müəyyən artım var - Təyyar Eyvazov

Cəmiyyət Materials 22 Dekabr 2023 13:18 (UTC +04:00)
Qızılcaya yoluxma hallarının sayında müəyyən artım var - Təyyar Eyvazov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Son vaxtlarda qızılcaya yoluxma hallarının sayında müəyyən artım var.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ölkəmiz Azərbaycan 2015-ci ildə qızılcanın endemik region olmadığı haqqında Ümumdünya Səhiyyə Təşkilatının verdiyi sənədə malikdir:

"Yəni Azərbaycanda qızlcaya yoluxma halı başqa ölkədən gətirilmə ilə mümkündür. 2023-cü ilin aprel ayında Azərbaycanda yoluxma halları müşahidə olunmağa başladı. Lakin əhalinin ya xəstəliyi keçirmə, ya da peyvənd olunmaqla qazanılmış immuniteti varsa, bu zaman infeksiya başqa ölkədən gətirilsə belə, yoluxma olmamalıdır. Hazırkı yoluxma hallarının sayının artması isə onu göstərir ki, pandemiya dövründə və öndən əvvəlki dönəmdə peyvənddən əsassız yayınma halları olub".

O bildirib ki, peyvənd təqviminə uyğun olaraq uşaqlar peyvənd olunarlarsa, belə hallar olmur:

"Bu gün baş verən hallar müşahidə edilərkən görürük ki, onların böyük əksəriyyəti ya peyvənd almayanlardır, ya da bir dəfə peyvənd olunan şəxslərdirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti