...

Qızılca üçün xüsusi müalicə yoxdur - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 10 Yanvar 2024 15:44 (UTC +04:00)
Qızılca üçün xüsusi müalicə yoxdur - Səhiyyə Nazirliyi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qızılca üçün xüsusi müalicə yoxdur. Valideynlər tərəfindən uşaqlara evdə həkim təyinatı olmadan hər hansı bir dərman preparatının verilməsi doğru deyil.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "İnstagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva bildirib.

Pediatr qeyd edib ki, həkim simptomlara, xəstəliyin ağırlığına və mümkün ağırlaşmalara görə simptomatik terapiya təyin edir

“Qızılcanın tipik gedişi zamanı həkimin təyin edə biləcəyi dərmanlar, antipiretiklər - qızdırma 38°C-dən yuxarı olduqda, vitamin A – (qızılca zamanı A vitamini ehtiyatı tükənir, bu da xəstəliyə və ikincili infeksiyalara qarşı müqavimətin azalmasına səbəb olur) öskürək əleyhinə preparatlar, burun axması və burun tutulması zamanı qısa müddətə burun damcılarıdır”, - deyə o bildirib.

S.Mehdiyeva bildirib ki, xəstəliyin törədicisi virusdur, buna görə də qızılca üçün antibakterial preparatlar təsirsizdir.

“Həkim antibiotikləri yalnız ikincili bakterial ağırlaşmalar inkişaf etdikdə və ya onların qarşısını almaq üçün təyin edə bilər”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti