...

Bakı-Milan aviareysi təcili eniş etdi

Cəmiyyət Materials 18 Yanvar 2024 14:22 (UTC +04:00)
Bakı-Milan aviareysi təcili eniş etdi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

"Azərbaycan Hava Yolları" aviaşirkətinin AHY-035 nömrəli Bakı-Milan reysini həyata keçirən hava gəmisinin kapitanı hava şəraiti (qatı duman) ilə əlaqədar olaraq ehtiyat hava limanına enməyə qərar verib.

Trend xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

"Airbus A320" təyyarəsi yerli vaxtla saat 13:10-da Milan-Linate Beynəlxalq Hava Limanına eniş edib.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti