...

Ekspres avtobusların son dayanacağa çatma müddəti məlum olub

Cəmiyyət Materials 23 Yanvar 2024 16:46 (UTC +04:00)
Ekspres avtobusların son dayanacağa çatma müddəti məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtdan Bakı şəhəri istiqamətinə təşkil edilən ekspres avtobuslarla 22.01.2024-cü il tarixində 98 reys həyata keçirilib, 2891 sərnişin daşınıb.

Trend bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Avtobusların son dayanacağa çatma müddəti təxminən 35 dəqiqə təşkil edib.

Qeyd edək ki, digər nəqliyyat vasitələri eyni məsafəni təxminən 1 saat ərzində qət edə bilir.

Ekspres avtobuslar Sumqayıt Avtovağzalı, "Bağçalı evlər" yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, "Avtovağzal" metro stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edir.

Avtobuslarda gediş haqqı 0.80 AZN təşkil edir. Ödənişlər nağdsız qaydada həyata keçirilir. "BakıKart"ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti