...

2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günüdür

Cəmiyyət Materials 2 Fevral 2024 12:57 (UTC +04:00)
2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günüdür
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ramsar siyahısına daxil edilən Qızılağac körfəzi və Ağgöl əraziləri qışlamaya gələn və miqrasiya edən quşlar üçün çox əhəmiyyətli ərazilərdir.

Trend xəbər verir ki, bunu Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Elşad Əsgərov 2 fevral Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar verdiyi açıqlama zamanı bildirib.

O qeyd edib ki, 1997-ci ildə İranın Ramsar şəhərində su-bataqlıq ərazilərinə dair Konvensiya imzalanıb və Konvensiyanı imzalamış tərəflər öz ölkələrində bu cür əraziləri qorumaq üçün öhdəliklər götürüb:

“Azərbaycanda bu cür əhəmiyyət daşıyan iki ərazi həmin siyahıya daxil edilib. Bunlar Qızılağac və Ağgöl milli parklarıdır. Burada bir çox quş növü yuva qurub bala böyüdür. Ölkəmiz köçəri quşların köç yolunun üstündə yerləşdiyi üçün onların mühafizəsi üzərimizə böyük məsuliyyət qoyur. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsini genişləndirməklə biz həmin məsuliyyətin öhdəsindən gəlmək üçün ciddi səy göstəririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti