...

Azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı AÇIQLANIB

Cəmiyyət Materials 5 Fevral 2024 17:30 (UTC +04:00)
Azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı AÇIQLANIB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Trend xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

Qeyd edilib ki, azad olunan ərazilərdə 29 yanvar – 4 fevral tarixi ərzində 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 150 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 336.5 hektar ərazi minalardan təmizlənib.

Xatırladaq ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti