...

Daha bir avtobus nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək

Cəmiyyət Materials 15 Fevral 2024 16:02 (UTC +04:00)
Daha bir avtobus nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 17-dən "20 Yanvar" metrostansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Trend-in xəbərinə görə, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər yayıb.

"AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir",- deyə qurumdan məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti