...

Xankəndidə xeyli sayda silah və sursatlar aşkarlandı

Cəmiyyət Materials 16 Fevral 2024 10:44 (UTC +04:00)
Xankəndidə xeyli sayda silah və sursatlar aşkarlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 15-də Xankəndi şəhəri ərazisində 12 silah və sursatlar aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, ötən gün Xankəndidə 2 ədəd pulemyot, 6 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 tüfəng, 8 ədəd qumbara, 44 ədəd patron darağı, 3114 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti