...

Mikayıl Cabbarov İİB-nin İllik Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib (FOTO)

İqtisadiyyat Materials 28 Aprel 2024 20:16 (UTC +04:00)
Mikayıl Cabbarov İİB-nin İllik Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İİB) İllik Toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada iştirak edib.

Trend-in məlumatına görə, bu barədə M.Cabbarov "X" sosial şəbəkəsində bildirib.

"Dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:

- Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;
- Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;
- Bərpaolunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti