...

Naxçıvanda evlərin həyətyanı sahələrini və zirzəmiləri su basıb (FOTO)

Cəmiyyət Materials 20 Mart 2024 15:47 (UTC +04:00)
Naxçıvanda evlərin həyətyanı sahələrini və zirzəmiləri su basıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

Qüvvələr tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti