...

Kopenhagen-Tokio reysini həyata keçirən təyyarə Bakıda təcili eniş edib

Cəmiyyət Materials 9 May 2024 21:58 (UTC +04:00)
Kopenhagen-Tokio reysini həyata keçirən təyyarə Bakıda təcili eniş edib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Scandinavian Airlines” aviaşirkətinin Kopenhagen-Tokio reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 20:56-də Bakı hava limanında uğurla eniş edib.

Sərnişin dərhal təcili tibbi yardım briqadasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti