...

Birinci Qarabağ müharibəsinin şəhidi Nazim Şirinov Mehdiabadda dəfn olunub

Cəmiyyət Materials 7 İyun 2024 11:54 (UTC +04:00)
Birinci Qarabağ müharibəsinin şəhidi Nazim Şirinov Mehdiabadda dəfn olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Füzulidə adsız qəbiristanlıqda dəfn edilmiş Birinci Qarabağ müharibəsinin şəhidi Şirinov Nazim Şirin oğlu Abşeron rayonunun Mehdiabad qəsəbəsindəvida mərasimi keçirilib.

Trend xəbər verir ki, şəhidin nəşi Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və qəsəbə sakinləri iştirak ediblər.

Qeyd edək ki, bu il aparılan ekshumasiya işləri nəticəsində kimliyi məlum olan 73 nəfərdən biri də 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya göz acan Şirinov Nazim Şirin oğludur. O, 1993-cü il oktyabrın 23-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İgid hərbçimizin nəşinin qalıqları Füzulidə adsız qəbiristanlıqda tapılıb. Baş polis çavuşunun qalıqları aprel ayında kimliyi məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti