...

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb (FOTO)

Cəmiyyət Materials 31 İyul 2024 06:35 (UTC +04:00)
Laçın şəhərinə növbəti köç karvanı yola salınıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən, Laçın şəhərinə növbəti köç karvanı yola çıxıb.

Trend xəbər verir ki, iyulun 31-də Bakı şəhərinin Qaradağ rayonundan yola düşən köç karvanı respublikanın müxtəlif ərazilərində yerləşən yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Laçın şəhərinə 18 ailə - ümumilikdə 60 nəfər köçürülüb.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun əldə etdiyi zəfərlə məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmaq imkanı yaranıb.

Laçına qayıdan sakinlər, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dövlət qayğısı üçün təşəkkürlərini ifadə ediblər. Onlar həmçinin, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirərək, şəhidlərimizə rəhmət, ailələrinə isə səbir diləyiblər.

Qeyd edək ki, indiyədək Laçın şəhərinə 552 ailə, yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti