Bakı. Trend:
Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° olacaq. Atmosfer
təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə
70-75%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi
gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 21-26° olacaq.