...

“İmarət” kompleksində Qarabağ atları nümayiş olunacaq

Cəmiyyət Materials 20 Sentyabr 2024 13:10 (UTC +04:00)
“İmarət” kompleksində Qarabağ atları nümayiş olunacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Ağdam. Trend:

“İmarət” kompleksi bir neçə hissədən ibarətdir. Kompleksə daxil olan qədim qəbirstanlıq hissəsi, türbələr, Xurşidbanu Natəvanın abidəsi, Pənahəli xanın mərasim evi hazırda muzey kimi fəaliyyət göstərir.

Bu barədə Trend-in suallarını cavablayarkən “İmarət” kompleksinin işçi qrupunun üzvü Nərgiz Abdullayeva deyib.

O qeyd edib ki, kompleks işğal dövründə Ermənistan tərəfindən tamamilə dağıdılıb.

"Qəbistanlıqda olan bütün qəbirdaşları və türbələr tamamilə dağıdılmışdı. Hazırda muzey kompleksində müxtəlif zallarda Qarabağ xanlığı haqqında tarixi faktlar, kompeksin işğal dövründə və sonraki dövrünü əks etdirən fotolar nümayiş etdirilib. Eyni zamanda ərazidə atlar üçün xüsusi park yaradılıb. Bu parkda mütəmadi olaraq, Qarabağ atlarının nümayişi, auksionu, müxtəlif təlimləri təşkil olunacaq. Artıq kompleks ziyarətçilər üçün açıqdır. Kompleksə gələn qonaqlar, turistlər burada yaradılmış park, ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə bilərlər", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti