...

Müstəmləkə altında yaşamaq müstəqil qərar vermək anlayışlarını bizdən uzaqlaşdırır - Kabine Doumbia

Cəmiyyət Materials 3 Oktyabr 2024 11:08 (UTC +04:00)
Müstəmləkə altında yaşamaq müstəqil qərar vermək anlayışlarını bizdən uzaqlaşdırır - Kabine Doumbia
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Müstəmləkə altında yaşamaq, suverenlik əldə etmək və müstəqil qərar vermək anlayışlarını bizdən uzaqlaşdırır.

Trend xəbər verir ki, bu barədə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı "ASRAD" Qeyri Hökumət Təşkilatı (İnkişaf Yardımının Gücləndirilməsinə Həmrəylik Dəstəyi) prezidenti Kabine Doumbia deyib.

O qeyd edib ki, belə tədbirlər vasitəsilə səsimizi müxtəlif bölgələrdə yaşayan insanların və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.

“Dövlətin öz ərazisi üzərində öz hakimiyyətini həyata keçirmək və tam müstəqil şəkildə qərar qəbul etmək mənasını verən suverenlik bu gün qloballaşan dünyanın mürəkkəb reallıqları ilə üz-üzə gəlir. Əsas problemlərdən biri qlobal iqtisadi sistemə müdaxilə edilərkən dövlətlərin öz siyasi muxtariyyətlərini qoruyub saxlamaq imkanlarındadır.

İqtisadi suverenlik axtarışı, şübhəsiz ki, Afrika xalqlarının üzləşdiyi ən bahalı problemlərdən biridir. Aşağı qiymətlərlə ixrac edilən Afrika xammalının daha sonra transformasiya olunaraq hədsiz yuxarı qiymətlərlə yenidən satılması nümunəsi bu bunu mükəmməl şəkildə göstərir.
İqtisadi azadlığı qazanmağın dəyəri nə qədərdir?

Bugün bizim qarşımızda suverenliklə bağlı böyük çağırışlar durub. Afrika ölkələrinin azadlıq və suverenliklə bağlı səsi beynəlxalq aləmdə eşidilmir.

Bu çərçivədə Bakı Təşəbbüs Qrupu bizim səsimi beynəlxalq aləmə çatdırmaq üçün uğurlu bir platformadır”,- deyə o bildirib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.

Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Konfransda iştirak edən şəxslərdən biri də Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan Kemi Seba adlı tanınmış aktivistdir. Kemi Séba uzun illərdir Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır.

Xəbər lenti

Xəbər lenti