Bakı. Trend:
Konstitusiyada elə müddəalar var ki, bunların pozulması təkcə səlahiyyətli orqanlara aid deyil, cəmiyyət də bunları poza bilir, məsələn təqsirsizlik prezumpsiyası.
Trend xəbər verir ki, bunu “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfransında çıxışı zamanı deyib.
O bildirib ki, biz cəmiyyət olaraq məhəkəmədən əvvəl hökm çıxarmaq vərdişindən yayınmalıyıq:
“BMT-nin iclasında gördüm ki, Azərbaycana əks qüvvələr mediada bundan necə yararlanırlar. Biz fürsətdən istifadə edib geniş maarifləndirmə işi aparmalıyıq. Media subyektləri üçün təlimlər keçə bilərik”.