Bakı. Trend:
"Roma" heyətinə yeni futbolçu qatıb.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A seriyası təmsilçisi "Verona"dan Daniele Gilardini transfer edib. 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Daniele ötən mövsüm A seriyasında 24 oyuna çıxıb.