Bakı. Trend:
Ötən gecə İranın cənub-şərqində yerləşən Kirman vilayətində əyləncə attraksionunda qəza baş verib.
Trend-in məlumatına görə, bunu İranın Kirman vilayəti təcili yardım idarəsinin müdiri Qulamrza Xademipur yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, attraksionda qatarın qəzaya uğraması nəticəsində 10-u uşaq olmaqla, 12 nəfər xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanaya aparılıblar.
İranlı rəsmi yaralıların vəziyyətinin qənaətbəxş olduğunu deyib.