...

Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 2 Avqust 2025 08:55 (UTC +04:00)
Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Yaponiyanın şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Seysmik hadisənin 31 min nəfər əhalisi olan Hokkaydo adasının şimal-şərqindəki Nemuro şəhərindən 108 km aralıda, 10 km dərinlikdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti