...

Hindistan Rusiyadan neft alışını dayandıra bilər – Tramp

Dünya xəbərləri Materials 2 Avqust 2025 06:30 (UTC +04:00)
Hindistan Rusiyadan neft alışını dayandıra bilər – Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hindistan ABŞ ilə ticarət razılaşması əldə etmək üçün Rusiyadan neft almağı dayandıra bilər.

Trend-in məlumatına görə, Tramp bu fikri Ağ Evdə jurnalistlərə Vaşinqtonla Yeni Dehli arasında aparılan ticarət danışıqları barədə danışarkən səsləndirib.

“Anladığım qədər, Hindistan artıq Rusiyadan neft almayacaq. Mən eşitdiyim budur. Bunun nə dərəcədə doğru olduğunu dəqiq bilmirəm”, – deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti