...

Tayland iki yaralı əsiri Kambocaya qaytarıb

Dünya xəbərləri Materials 2 Avqust 2025 12:23 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Taylandla Kamboca arasında atəşkəsin davam etməsi fonunda Tayland əsir götürülmüş iki yaralı kambocalı əsgəri qarşı tərəfə təhvil verib.

Trend bu barədə "Associated Press"ə istinadən xəbər verir.

Əsgərlər xərəklərdə təcili tibbi yardım maşınlarına mindirilərək Surin əyaləti (Tayland) və Odda Minçay (Kamboca) ilə sərhəddəki nəzarət buraxılış məntəqəsinə çatdırılıb və oradan kambocalı hərbçilər tərəfindən təhvil alınıb.

Əsir götürülmüş digər 18 kambocalı əsgərlərin nə vaxt azad ediləcəyi açıqlanmır.

Qeyd edək ki, Tayland və Kamboca arasında mübahisəli ərazilər üstündə baş verən və beş gün davam edən toqquşmalarda azı 35 nəfər həlak olub, 300 mindən çox insan sərhadyanı ərazilərdən təxliyə olunub. Tərəflər aparılan danışıqlardan sonra atəşkəsə razılaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti