...

Son bir ayda özünüməşğulluq proqramı üzrə 2,1 min şəxs üçün kiçik təsərrüfatlar qurulub

Cəmiyyət Materials 2 Avqust 2025 11:38 (UTC +04:00)
Son bir ayda özünüməşğulluq proqramı üzrə 2,1 min şəxs üçün kiçik təsərrüfatlar qurulub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Son bir ayda paytaxt və regionlarda 2114 işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar qurulub.

Trend xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Bildirilib ki, proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Təlimləri uğurla bitirən proqram iştirakçıları sonda aktivlərlə təmin olunurlar.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti