...

Azərbaycanla tərəfdaşlığın daha da genişləndirilməsini istərdik - Qətər İnkişaf Fondunun rəhbəri

İqtisadiyyat Materials 2 Avqust 2025 13:24 (UTC +04:00)
Azərbaycanla tərəfdaşlığın daha da genişləndirilməsini istərdik - Qətər İnkişaf Fondunun rəhbəri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Kilis. Trend:

Azərbaycanla tərəfdaşlığın daha da genişləndirilməsini istərdik.

Bu sözləri Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, bu gün Azərbaycan və Türkiyə ilə olan bu tərəfdaşlıqdan çox qürur duyur:

"Bildiyiniz kimi, bu gün – 2 avqust tarixində Suriyaya ilk qaz tədarükünə başladıq. Bu, üç ölkənin birgə əməkdaşlığının möhtəşəm bir nəticəsidir.

Ümid edirik ki, bu gün təmin etdiyimiz 800 meqavatt gücü ilə 5 milyon abunəçi elektrik alacaq. Suriyada elektrik enerjisi sisteminin davamlı şəkildə bərpası üçün bu, çox əhəmiyyətli addımdır. Gücün 40% artırılması ilə bunun davamlı və səmərəli olacağına inanırıq. Biz Suriyaya dəstəyimizi davam etdirəcəyik. Suriyanın dayanıqlılığı bizim üçün önəmlidir. Bu səbəbdən bu ölkələr bu uğur üçün çox çalışıblar".

Fond rəhbəri Azərbaycanın bu prosesdəki rolunu olduqca yüksək qiymətləndirdiyini vurğulayıb:

"Biz Azərbaycanla əməkdaşlıq çərçivəsində işləyirik. Qaz təchizatı məhz Azərbaycandan başlayır və Qətər də bu prosesdə Suriyaya dəstək verir".

"Əsas gözləntimiz bu tərəfdaşlığın Azərbaycanla daha da genişlənməsidir. Birlikdə daha yeni layihələr üzrə işləməyi səbirsizliklə gözləyirik", - deyə Fəhad Həməd Əl-Sulaiti qeyd edib.

Xəbər lenti

Xəbər lenti