Bakı. Trend:
Ermənistanda baş prokurorluq 2018-ci ildə Ermənistanın Apostol Kilsəsinə ayrılmış torpaq hissəsinin Müdafiə Nazirliyinin balansına qaytarılmasını tələb edib.
Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq iddia ərizəsi iyulun 30-da Ermənistanın Korrupsiya Əleyhinə məhkəməsinə təqdim olunub.
Söhbət 9427 kv.m ümumi sahəsi olan tikililərdən və Tavuş vilayətinin Qetaovit kəndinin inzibati ərazisində 8,9 ha sahəsi olan xüsusi təyinatlı torpaq sahəsindən gedir.
Qeyd edək ki, sözügedən daşınmaz əmlakın kilsənin sərəncamına verilməsi haqda qərar 2018-ci ilin mart ayında Karen Karapetyanın Nazirlər Kabineti tərəfindən qəbul olunmuşdu.