Bakı. Trend:
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) silah və aerokosmik sistemlərin ən böyük istehsalçısı olan RTX Corporation şirkəti ilə 50 milyard dollar dəyərində, 20 il müddətinə qüvvədə olacaq müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu barədə Pentaqonun yaydığı rəsmi açıqlamada bildirilir.
Qeyd olunur ki, müqavilə çərçivəsində işlər həm ABŞ-ın kontinental ərazisində, həm də ölkə hüdudlarından kənarda həyata keçiriləcək.
Sözügedən müqavilənin əsas sifarişçiləri ABŞ Ordusu, Müdafiə Logistika Agentliyi və ABŞ Müdafiə Nazirliyidir.