...

Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya ixracı enerji bağlarımızı daha da gücləndirəcək - Nəcməttin Dönməz

İqtisadiyyat Materials 2 Avqust 2025 10:47 (UTC +04:00)
Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya ixracı enerji bağlarımızı daha da gücləndirəcək - Nəcməttin Dönməz
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Kilis. Trend:

Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya ixracı qardaş ölkə ilə enerji bağımızı daha da gücləndirəcək.

Bu sözləri Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində Trend-ə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Elbeyli rayon üzrə təşkilatının sədri Nəcməttin Dönməz deyib.

O, tarixi bir hadisənin iştirakçısı olmaqdan qürur duyduğunu bildirib:

"Belə bir mühüm tədbirdə iştirakdan qürur duyuram. Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya ixracı çox mühüm bir addımdır. Bu qardaş ölkə ilə enerji bağımızı daha da gücləndirəcək".

"Ümid edirəm ki, Suriyanın bərpasında, enerji təhlükəsizliyinin artırılmasında Azərbaycan bundan sonra da öz təşəbbüslərini davam etdirəcək", - deyə N.Dönməz qeyd edib.

Xəbər lenti

Xəbər lenti