...

İranda Müdafiə Şurasının yaradılması planlaşdırılır

Dünya xəbərləri Materials 2 Avqust 2025 07:07 (UTC +04:00)

Bakı. Trend:

İranın Ali Milli Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklər edildikdən sonra ölkədə Müdafiə Şurasının yaradılması planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, yaxın vaxtlarda strukturu tam müəyyənləşdiriləcək yeni şuranın əsas funksiyası ölkənin müdafiə siyasəti üzrə strateji məsələlərin həllindən ibarət olacaq.

Müdafiə Şurasının yaradılması ilə bağlı məlumatlar, İsrailin iyunun 13-nə keçən gecə İranı gizli hərbi nüvə proqramını həyata keçirməkdə ittiham edərək hücumlara başlamasından təxminən bir ay yarım sonra ortaya çıxıb.

İsrailin həyata keçirdiyi hava hücumları və reydlər əsasən nüvə obyektlərinə, hərbi komandirlərə, tanınmış nüvə fiziklərinə və hava bazalarına yönəlib.

Xəbər lenti

Xəbər lenti