...

Hollandiya klubunun bombardiri rəsmən “Marsel”ə transfer olunub

İdman Materials 2 Avqust 2025 08:28 (UTC +04:00)

Bakı. Trend:

İqor Payşao “Marsel”ə transfer olunub.

Trend xəbər verir ki, vinger “Feyenoord” klubunu tərk edərək Fransa komandası ilə müqavilə imzalayıb. 25 yaşlı braziliyalı 14 nömrəli formanı seçib.

Bildirilir ki, niderland klubu bonuslarla birlikdə 35 milyon avro qazanacaq.

Payşao ötən mövsüm “Feyenoord”un Hollandiya çempionatında həm ən yaxşı bombardiri, həm də ən yaxşı assist edən futbolçu olub — o, 16 qol vurub və 10 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti