...

Azərbaycan boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb

İdman Materials 2 Avqust 2025 11:07 (UTC +04:00)
Azərbaycan boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq Kuboku”nda yarımfinal mərhələsinə yekun vurulub.

Trend xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kiloqram) də rinqə çıxıb.

O, italiyalı Mattia Turrinlə döyüşüb. Boksçumuz rəqibini 4:1 (29:28, 27:30, 27:30, 28:29, 28:29) hesabı ilə məğlub edib. Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti